Noyabrın 26-da Gəncə stansiyasından 41 km şimal-şərqdə - Mingəçevir su anbarında zəlzələ qeydə alınıb.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Qeyd edilib ki, yerli vaxtla saat 09:16-da qeydə alınan yeraltı təkanların maqnitudası 3.1-ə bərabər olub.
Zəlzələ ocağı 21 kilometr dərinlikdə yerləşib.