Bakının bu ərazisində ticarət obyektləri bağlandı: 200-dən ÇOX İNSAN İŞSİZ QALDI
VİDEO

Metronun "20 Yanvar" stansiyasının keçidlərindəki ticarət obyektləri uzun müddətdir ki, bağlıdır.

 

Ticarət obyektlərinin aqibəti həm yerli sakinlər, həm də sahibkarlarda maraq doğurur. Kimi buranın açılacağını, kimi isə tamamilə fəaliyyətinin dayandırıldığını deyir.

 

Sahibkarlar söyləyirlər ki, onlara bu barədə heç bir məlumat verilmir.

 

"Bilmək istəyirik ki, bizim aqibətimiz necə olacaq? Burada qalıb işləmək şansımız varmı, yoxdursa, səbəbi nədir? 200-ə yaxın insan işləyirdi, indi hamısı işsiz qalıb", - deyə obyekt sahibi bildirib.

 

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən isə bildirilib ki, bu məsələnin həlli onların səlahiyyəti çərçivəsində deyil.

 

Bir sözlə, 3 aya yaxındır ki, fəaliyyəti dayandırılan ticarət obyektlərinin kim tərəfindən və hansı səbəblərdən bağlanması məlum olmadığı kimi, açılıb-açılmayacağı da müəmmalı olaraq qalır.

 

Ətraflı Baku TV-nin süjetində:






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.