Lerikdə vəzifəli şəxsin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
APA-nın verdiyi məlumata görə, 30 yaşlı Şəfiq Əliyev günorta saat 13 radələrində işdə, ona verilən tapşırığı yerinə yetirmək üçün əraziyə çıxdığını bildirib.
Bundan sonra onun telefonuna zəng çatmayıb. Axşam saat 19 radələrində, yaxınları tərəfindən axtarılan icra nümayəndəsinin avtomobili Boykənd kənd qəbiristanlığının qapısında aşkarlanıb.
Ş.Əliyevin axtarışında olan yaxınları, qəbiristanlığı axtarmağa başlayıblar. Axtarışlar nəticəsində onun meyiti qəbiristanlığın içində ağacdan asılı vəziyyətdə tapılıb.
Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
**00:31
Lerik Rayon İcra Hakimiyyəti başçısının Kiravud kənd ərazisi üzrə icra nümayəndəsi, 1994-cü il təvəllüdlü Şəfiq Şaiq oğlu Əliyevin meyiti tapılıb.
Bu barədə APA məlumat yayıb.
Onun intihar etdiyi deyilir.
Lerik Rayon İcra Hakimiyyətindən də hadisəni təsdiqləyiblər. Ş.Əliyevin işində nümunəvi, verilən tapşırıqları vaxtında yerinə yetirən, gözəl xasiyyətli biri olduğu bildirilir.
Onun hansı səbəbdən bu addımı atması isə məlum deyil.
Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerində olublar.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.