Əfsanəvi futbolçu Lionel Messi və komanda yoldaşlarının tədbiri üçün satışa əlavə biletlər çıxarılıb.
Senzor.az bildirir ki, dekabrın 11-də Bakı Kristal Zalında Messi haqqında bioqrafik film nümayiş olunacaq.
Tədbiri xüsusi musiqi atmosferi müşayiət edəcək. Dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam (Willy William) və məşhur "Morandi" qrupu Bakı Kristal Zalının səhnəsində çıxış edəcək. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.
Biletləri iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.
Bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.