Sabah Bakının və Abşeronun bəzi ərazilərində işıq kəsiləcək
XƏBƏRDARLIQ

Sabah Bakının Xəzər rayonu, həmçinin Abşeron rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

 

Senzor.az bildirir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

 

Qeyd olunub ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik naqillərinin və dayaqların yenilənməsi ilə əlaqədar dekabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.

 

Saat 09:00-dan saat 15:00-dək Buzovna qəsəbəsi Ruhulla Axundov küçəsində və Binə qəsəbəsi Binə Atçılıq yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

 

Həmçinin, Abşeron RETSİ-yə daxil olan Xırdalan şəhərində 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədar dekabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq. Saat 09:00-dan saat 15:00-dək Xırdalan şəhəri Quşçuluq massivinin bir hisəsində, Şıxəli Qurbanov, Nizami küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

 

Təmir işləri başa çatdıqdan sonra bu ərazilər də daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.