Dekabrın 9-da Füzuli rayonunun Arayatlı kəndi ərazisində baş verən yol qəzası zamanı xəsarət almış Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1990-ci il təvəllüdlü Mustafa Qasımov vəfat edib.
Senzor.az bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib.
Qeyd olunub ki, o, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Vətən müharibəsi qazisi olan M.Qasımov Füzuli rayonunun Qazaxlar kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, hadisə nəticəsində Agentliyin digər əməkdaşları - 1995-ci il təvəllüdlü Salman Qəhrəmanov və 2000-ci il təvəllüdlü Ramiz Bəylərzadə də müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdiriliblər. Onların müalicəsi davam edir.