Aprelin 25-də vətəndaşların bank kartlarından 24 min manata yaxın pul oğurlanıb.
Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 25-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 6 000, 5 800, 4 355, 1 600, 1 470, 1 390, 955, 750, 420, 360, 202, 97, 61, 9 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Nazirlik vətəndaşları kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, sistemlərə giriş üçün lazım olan loqin və şifrələri, kartın PİN kodu kimi məxfi məlumatları başqaları ilə bölüşməməyə çağırıb.