“Piyadalar, diqqətli olun!”
AZƏRBAYCANDA HƏRƏKƏTİN TƏHLÜKƏSİZLİYİ HƏFTƏLİYİ KEÇİRİLİR

15–22 iyun tarixləri respublika ərazisində “Piyadalar, diqqətli olun!” şərti adı altında Hərəkətin Təhlükəsizliyi Həftəliyi elan olunub.

 

Senzor.az bildirir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

 

Həftəliyin keçirilməsində əsas məqsəd piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, yol hərəkəti iştirakçıları arasında təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması, həmçinin piyadaların yol hərəkəti qaydalarına riayət etməsinin vacibliyi barədə maarifləndirmə işinin daha da gücləndirilməsidir.

 

Həftəlik çərçivəsində piyadaların daha çox hərəkət etdiyi ərazilərdə profilaktik və maarifləndirici tədbirlər həyata keçiriləcək, yol hərəkəti təhlükəsizliyi ilə bağlı ictimai məlumatlandırma işləri genişləndiriləcək.

 

Baş Dövlət Yol Polisi İdarəsi bir daha piydalardan yollarda ehtiyatlı olmağı xahiş edir, eyni zamanda ictimai təsisatları, xüsusilə media subyektlərini sözügedən tədbirə töhfə verməyə çağırır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.