Ötən həftə 51 mina və 497 partlamamış digər hərbi sursat zərərsizləşdirilib
FOTO

Azad edilmiş ərazilərdə iyunun 8-dən 15-dək aparılan humanitar minatəmizləmə əməliyyatları zamanı 22 tank əleyhinə mina, 29 piyada əleyhinə mina və 497 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.

 

Senzor.az bildirir ki, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı həftəlik məlumatda belə deyilir.

 

Məlumata görə, hesabat dövründə ümumilikdə 1668,8 hektar ərazi mina və partlayıcı qalıqlardan təmizlənib.

 

Qeyd olunub ki, minatəmizləmə işləri ANAMA ilə yanaşı Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət tərəfindən həyata keçirilib.

 

Əməliyyatlar Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını, həmçinin Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərini əhatə edib. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.