Rüfət Səfərovun apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirildi

Hüquq müdafiəçisi Rüfət Səfərovun barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

 

Senzor.az bildirir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları yenidən dəqiqləşdirilib.

 

Təqsirləndirilən şəxsin vəkilləri müvəkkilin şüşə qəfəsdən çıxarılaraq yanlarında əyləşməsini məhkəmdən xahiş ediblər. Məhkəmə tərkibi buna etiraz etməyib və xahiş təmin edilib.

 

Rüfət Səfərovun ev dustaqlığına buraxılması və işin qismən istintaqla aparılması barədə vəsatət isə təmin olunmayıb. İşin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

 

Məhkəmənin baxış iclası avqustun 20-nə təyin edilib.

 

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, 2024-cü ilin dekabrın 3-də Natiq İmamquliyev Rüfət Səfərov barəsində Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə şikayət edib.

 

Natiq İmamquliyev şikayətində 60 min manatını Rüfət Səfərovun ələ keçirdiyini iddia edib. Rüfət Səfərov isə onu tanımadığını deyib.

 

Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.