
Pentaqonda sursat çatışmazlığı ilə bağlı fövqəladə iclas keçiriləcək.
Senzor.az bildirir ki, bu barədə "NBC News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, bu ABŞ Prezidenti Donald Trampın maddi-texniki təchizat məsələlərinə cavabdeh olan Stiven Faynberqə (ABŞ Müharibə nazirinin müavini-red) şəxsən zəng etməsindən sonra qərara alınıb.
"ABŞ hərbi nazirliyinin rəhbərliyində ikinci şəxs olan Faynberq cümə axşamı axşam saatlarında hərbi və müdafiə satınalmalarına cavabdeh yüksək vəzifəli rəsmiləri ABŞ-da sursat çatışmazlığına operativ reaksiya yollarını müzakirə etmək üçün təcili toplantıya çağırıb. Bu qərar Prezident Trampın qəzəbli telefon zəngindən sonra qəbul edilib", – telekanal bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ mətbuatında Trampın sursat çatışmazlığı ilə bağlı xəbərlərlə əlaqədar Pentaqon rəhbəri Pit Heqsetə narazılığını bildirdiyinə dair yazı dərc olunub. Bildirilib ki, Tramp Heqsetin ABŞ-ın silah ehtiyatları ilə bağlı ona yanlış məlumatlar verdiyi qənaətindədir.