
2026-cı ilin birinci yarısında Mərkəzi Asiya ölkələrindən Rusiyaya gedən əmək miqrantlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 15 faiz azalıb.
Bu fakt “Vedomosti” qəzetinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin məlumatlarına əsasən açıqlanıb.
Bu ilin ilk altı ayında Özbəkistan, Tacikistan və Qırğızıstan vətəndaşları işləmək üçün Rusiyaya təxminən 1,9 milyon dəfə daxil olublar. Bu rəqəm 2025-ci ilin eyni dövründə 2,3 milyon olub.
Keçən ilin birinci yarısı ilə müqayisədə Özbəkistan vətəndaşlarının Rusiyaya gəliş sayı 13,2 faiz, Tacikistan 17,9 faiz və Qırğızıstan 16,7 faiz azalıb. Ekspertlərin fikrincə, əmək miqrantlarının sayının azalması Rusiyada miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ilə bağlıdır.