Gəncədə restoranın qarşısında kütləvi dava: ÖLƏN VƏ YARALANANLAR VAR

Gəncədə baş verən kütləvi dava zamanı bir nəfər həyatını itirib, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

 

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində yerləşən restoranlardan birinin qarşısında qeydə alınıb.

 

Məlumata görə, bir neçə nəfər arasında yaranan mübahisə daha sonra kütləvi davaya çevrilib.

 

İnsident zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov bıçaq xəsarəti alaraq ölüb.

 

Dava zamanı 1998-ci il təvəllüdlü Azmat Peçerskiy, 1998-ci il təvəllüdlü Tural İlyasov və 1995-ci il təvəllüdlü Rahib Bayramlı yaralanıblar. Onlar tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.

 

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğu və Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.

***

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Mirad Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib.

***

TƏBİB-dən KİV-in sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 04:30 radələrində xəsarət alması səbəbilə 3 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

 

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb. 

 

Hadisə nəticəsində 1983-cü il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeyd alınıb”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.