Səfər Mehdiyevi saxlayan polis əməkdaşları işdən çıxarılıb?
DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polislərinin işdən çıxarılması ilə bağlı iddialara münasibət bildirib.

 

Senzor.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev KİV-in sorğusuna cavab olaraq bildirib ki, yol polislərinin daxili işlər orqanlarından xaric olunması iddiaları əsassızdır.

 

“Bu məlumatlar həqiqəti əks etdirmir”, - DİN rəsmisi vurğulayıb.

 

Qeyd edək ki, bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi “Mercedes gelandewagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib.

 

Bu gün isə həmin yol polislərinin daxili işlər orqanlarından xaric olunması ilə bağlı məlumatlar yayılmışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.