Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Senzor.az bildirir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, O.Mürsəlov əvvəllər Prezident Administrasiyasında çalışıb. O, Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisinin xidmətində fəaliyyət göstərib.