İranın Qafanda fəaliyyət göstərəcək konsulluğuna rəhbər təyin edilib.
Erməni mətbuatı yazır ki, bu barədə İran parlamentinin erməni əsilli deputatı Robert Beqlaryan məlumat verib.
Qeyd olunub ki, İranın Qafandakı konsulu vəzifəsinə Abedin Varamin təyinat alıb. Deputatın sözlərinə görə, konsul artıq İrəvandadır və bir sıra görüşlər keçirib.