ABŞ Federal Təhqiqat Bürosu (FTB) keçmiş prezident Donald Trampın həbsi və ya cərimələnməsi ilə nəticələnə biləcək casusluq və istintaqa maneçilik haqqında qanunun mümkün pozulması hallarını araşdırır.
Bu barədə FTB-nin orderinə istinadən “Politico” məlumat yayıb.
Rəsmi qərara əsasən aparılan axtarış zamanı Trampın evindən üzərində hökumət sirrinin ən yüksək səviyyələrindən biri - “TS/SCI” qeydi olan sənədlər və üstünə “Fransa prezidenti haqqında məlumat” yazılmış qovluq tapılıb.
Siyasətçi sənədləri məhv etməyə cəhddə, istintaqa mane olmaqda və casusluq haqqında qanunu pozmaqda şübhəli bilinir. Sənədlərin ABŞ Ədliyyə Departamentinin tələb etdiyi kimi cümə günü açıqlanacağı gözlənilir.