Türkiyənin 11-ci Prezidenti Abdullah Gül koronavirusa yoluxub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, təcrid edilib və müalicəsini evində davam etdirir.
Qeyd olunub ki, A.Gül COVID-19-u yüngül keçirir.
Xatırladaq ki, Türkiyə dünyada koronavirusa yoluxma statistikasına görə 10-cudur. Ölkədə bu günədək 16 295 817 insan COVID-19-a yoluxub, 99 678 nəfər ölüb, koronavirusa yoluxmuş 15 875 121 insan sağalıb.