İran mediası isə Salman Rüşdini bıçaqlayan gəncə təriflər yağdırır
“ƏLİ ÖPÜLMƏLİDİR...”

İran mətbuatı məşhur yazıçı Salman Rüşdiyə hücum edən şəxsi tərifləyib.

 

Belə ki, İran qəzetləri yazıçını bıçaqla ağır yaralayan Hadi Matarı “cəsur” adlandırıblar.

 

Məsələn, baş redaktoru İranın ali dini lideri Əli Xamenei tərəfindən təyin olunan “Kayhan” qəzeti yazıb ki, “Allahın düşməninin boynunu parçalayan adamın əli öpülməlidir”. 

 

 “Nyu-Yorkda mürtəd və şər Salman Rüşdiyə hücum edən cəsur və sədaqətli şəxsə min şükür...", - deyə qəzetin yazdığı xəbərdə vurğulanıb.

 

İranın "Asr" xəbər saytı isə hadisə ilə bağlı məqaləsində "Xomeyninin atdığı ox bir gün hədəfə dəyəcək" fikirlərini önə çəkib.

 

"Vatan Emrooz” qəzetinin manşetində “Salman Rüşdinin boynunda bıçaq” sərlövhəli məqalə dərc olunub. Bundan əlavə, “Xorasan” qəzetində “Şeytan cəhənnəmə gedən yolda” başlığı ilə məqalə tirajlanıb.

 

NBC telekanlı New-Yorkun hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bildirib ki, hücumda şübhəli bilinən Kaliforniya əsilli Hadi Matar İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) rəğbət bəsləyir.

 

Qeyd edək ki, yazıçının 1989-cu ildə qələmə aldığı "Şeytan ayələri" kitabı satışa buraxılan gündən çox böyük səs-küyə səbəb olmuş, hətta İranın dini lideri Ayətullah Xomeyni tərəfindən Rüşdi haqqında ölüm fətvası verilmişdi.

 

Kitabda İslam dininə xas təməl prinsiplərinin müasir dövrlə uyğunlaşdırılması halları yer alıb. Bu kimi hallar İslam dininə qarşı həqarət kimi qəbul edildiyindən kitaba və müəllifə qarşı dəfələrlə etiraz və təhdidlər olub.

 

Modern.az xatırladır ki, "Twitter" 2019-cu ildə Rüşdiyə qarşı verdiyi fətvası ilə bağlı yazısına görə İran liderinin hesabını bloklayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.