Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç İrəvana başsağlığı verib.
“Sputnik Armenia” xəbər verir ki, o bu barədə “Tvitter” səhifəsində yazıb.
Diplomat İrəvanın “Surmalu” bazarında baş vermiş partlayışı faciə adlandırıb. O, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və yaralananlara şəfa arzulayıb.
Xatırladaq ki, daha əvvəl partlayış nəticəsində 6 nəfərin öldüyü, 61 nəfərin yaralandığı, 18 nəfərin isə itkin düşdüyü barədə məlumat yayılmışdı.