NATO-nun himayəsi altında fəaliyyət göstərən Kosovodakı Beynəlxalq Təhlükəsizlik Qüvvələri (KFOR) regiondakı vəziyyətə müdaxilə etməyə hazırdır.
TASS bildirir ki, bunu çərşənbə günü NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“NATO sabitliyə təhlükə yarandığı halda, BMT mandatı əsasında vəziyyətə müdaxilə etməyə hazırdır”, - deyə Stoltenberq bəyan edib.
Qeyd edək ki, Serbiya Prezidenti və tanınmamış Kosovonun Baş naziri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin dəvəti ilə Brüsseldə səfərdədirlər. Aİ-nin Qərbi Balkanlar üzrə xüsusi nümayəndəsi Miroslav Layçakın avqustun 18-də onlarla görüşəcəyi gözlənilir.