Tokayev Soçiyə gedir
STRATEJİ ƏHƏMİYYƏTLİ SƏNƏDLƏR İMZALANA BİLƏR

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Soçiyə gedəcək. O, rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Kremldən verilən məlumata görə, liderlər regional və ikitərəfli məsələləri müzakirə edəcəklər. 

 

Ukrayna ilə müharibə və sivil dünyadan təcrid olnumasının fonunda Kremlin bir sıra regionlarda, o cümlədən Cənubi Qafqazda və Mərkəzi Asiyada təsir gücü azalır. Əlbəttə, bu, şimal qonşumuzu narahat edir. Ona görə də Putin mümkün qədər çalışır ki, regionlarda təsir gücünü qorusun. 

 

Qazaxıstanda çevriliş baş verdikdən, Tokayev Prezident olduqdan sonra çoxları düşünürdü ki, Nur-Sultanla Moskva arasındakı əlaqələr daha da dərinləşəcək.  Qazaxıstandakı hadisələri Rusiyanın SSRİ-ni bərpa edilmə planının başlanğıcı kimi qiymətləndirənlər də var idi. Lakin sonrakı proseslər Tokayevin qismən də olsa müstəqilliyə meyilli olduğunu göstərdi. Hətta onun bəzi bəyanatları Moskva üçün “soyuq duş” oldu. 

Türk dövlətləri arasında inteqrasiyanın güclənməsi də, əlbəttə, Kremlin ürəyincə deyil. 

 

Buna baxmayaraq, digər Mərkəzi Asiya ölkələri kimi Qazaxıstan da obyektiv səbəblərə - siyasi və iqtisadi amillərə görə Rusiyadan asılıdır. Ona görə də Nur-Sultanın tam müstəqil siyasət yeritməsi çətindir. 

 

Rusiya Türk dövlətlərinin inteqrasiyasından və Mərkəzi Asiyanın nəzarətindən çıxmasından narahatdır. Ona görə də buna mane olmaq, hansı yollasa Qazaxıstanın asılılığını artırmaq istəyir. Yəqin ki, Putin bugünkü görüşdə buna çalışacaq. Bu mənada liderlər arasında hansısa sənədlərin imzalanması, hətta ən strateji məsələlərlə bağlı razılıqların əldə olunması mümkündür. 

 

Bundan başqa, çox güman ki, dövlət başçıları bir çox məsələlər, o cümlədən Ukraynadakı durum barədə fikir mübadiləsi aparacaqlar. Putin istəyir ki, Tokayev Rusiyanı dəstəklədiyini bildirsin. Çünki bu zaman Qərblə Qazaxıstan arasında ziddiyət yaranacaq. Lakin, yəqin ki, Tokayev savaşla bağlı neytral bəyanatlar səsləndirəcək, sülh arzusunu dilə gətirəcək. 

 

Kənan Novruzov,  

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.