Qubad İbadoğlunun partiyası Ədliyyə Nazirliyi qarşısında piket keçirmək istəyir – BAŞQA PLANLARI DA VAR

Ədliyyə Nazirliyi üçüncü dəfə Azərbaycan Demokratiya və Rifah Partiyasını  (ADRP) qeydiyyata almaqdan imtina edib. 

 

Turan bildirir ki, bu barədə partiyanın müraciətində deyilir.

 

2021-ci ilin oktyabrında Demokratiya və Rifah Hərəkatı (ADRH) ADRP-yə çevrilib. Bundan sonra partiya iki dəfə qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edib və 3-4 aydan sonra təsis sənədlərinin olmaması bəhanəsi ilə ona  rədd cavabı verilib.

 

“Bu dəfə Ədliyyə Nazirliyi imtina cavabı verməsini partiyanın nizamnaməsində prezident, parlament və bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi qaydalarının olmamas ilə əsaslandırıb”, - deyə partiyanın başqanı Qubad İbadoğlu bildirib. 

Onun sözlərinə görə, imtina əsassızdır, belə ki, partiyanın nizamnaməsində prezidentliyə və parlament deputatlığına namizədlərin irəli sürülməsi Ali Məclisin səlahiyyətlərinə aiddir.

 

Q.İbadoğlu, həmçinin qeyd edib ki, bələdiyyə üzvlüyünə namizədlərin siyahıları rayon təşkilatları tərəfindən təsdiq edilir.

 

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna əsasən, Ədliyyə Nazirliyi namizədlərin irəli sürülməsi proseduru ilə bağlı öz iradlarını hələ partiyanın ilk müraciətinə cavabında bildirməli idi.

 

"Prezident Administrasiyası partiyanın qeydiyyatına icazə vermədiyi üçün Ədliyyə Nazirliyi qanunu pozur…", - deyə Q.İbadoğlu bildirib.

 

Partiya Ədliyyə Nazirliyini məhkəməyə və işi Avropa İnsan Haqları Məhkəməsinə vermək niyyətindədir.

 

Bundan başqa, partiya üzvləri avqustun 24-də saat 12:00-da Bakı meriyasını xəbərdar edərək, Ədliyyə Nazirliyinin qarşısında piket keçirmək niyyətindədirlər.

 

Bir  daha xatırladaq ki, ARDP 2015-ci ildə yaradılmış Demokratiya və Rifah Hərəkatının əsasında 17 oktyabr 2021-ci ildə təsis edilib. Quruma iqtisad elmləri doktoru, professor Qubad İbadoğlu rəhbərlik edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.