BMT-nin Baş katibi Antonio Quterreş Türkiyəyə taxıl dəhlizi məsələsində oynadığı mühüm rola görə təşəkkür edib.
Senzor.az Türkiyə mətbuatına istinadən bildirir ki, Baş katib bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə birgə mətbuat konfransında danışıb.
“Taxıl sazişi çərçivəsində paket anlaşmasının digər hissəsi də sanksiyalardan kənar Rusiya ərzaq və gübrələrinin qlobal bazarlara maneəsiz çıxışıdır”, - Quterreş bildirib.