Zelenski Duqinanın qətlindən danışdı
ESTONİYA İSƏ ÖZ VƏTƏNDAŞLARINA ÇAĞIŞRIŞ ETDİ: “RUSİYAYA GETMƏYİN”

Ukrayna Prezidenti Volodimir Zelenski jurnalist və politoloq Darya Duqinanın qətlinin ölkəsi tərəfindən təşkil olunmadığını deyib.

 

Senzor.az bildirir ki, bu barədə o, Krım Platforması sammitindən sonra keçirilən mətbuat konfransında danışıb.

 

“Şübhəsiz ki, biz məsuliyyət daşımırıq. O, bizim ölkənin vətəndaşı deyil, bizi maraqlandırmır. O, Ukrayna ərazisində deyildi”, - deyə Zelenski ittihamlara cavab verib.

 

Qeyd edək ki, avqustun 21-də Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqinin qızı Darya Duqina həlak olub. Hadisə Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində baş verib. Avtomobilə quraşdırılan bombanın işə düşməsi 30 yaşlı Duqinanın həyatına son qoyub. 

 

Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən Darya Duqinanın qatilinin kimliyi açıqlanıb. Rəsmi məlumatda cinayətin Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq həyata keçirildiyi bildirilir. İddia olunur ki, sui-qəsdi 1979-cu il təvəllüdlü Ukrayna vətəndaşı Natalya Pavel Vovk törədib.

 

Bu arada Estoniyanın xarici işlər naziri Urmas Reynsalu Estoniya vətəndaşlarına Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib. 

“Son günlərdə Rusiya Federasiyası tərəfindən aqressiv anti-Estoniya ritorikası xeyli artıb. Bu səbəbdən Estoniya Xarici İşlər Nazirliyi Rusiya ərazisinə hər hansı səfərdən yayınmağa çağırıb. Mən bu xəbərdarlığı bir daha xatırlatmaq istərdim”, - deyə Reynsalu qeyd edib.

 

“Əgər Rusiyada qısamüddətli səfərdəsinizsə, sizi orada qalmağın zəruriliyi barədə ciddi düşünməyə çağırıram. Rusiya Ukraynaya qarşı müharibə aparan ölkədir və Estoniya vətəndaşlarına qarşı təxribatlar da istisna edilmir", - deyə o əlavə edib.

 

Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda Natalya Vovkun, Duqinanın “Toyota Land Cruiser Prado” markalı avtomobilinə yerləşdirilmiş uzaqdan idarə olunan partlayıcı qurğunu işə salandan sonra qızı ilə birlikdə Pskov vilayətindən keçərək Estoniyaya getdiyi bildirilirdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.