Zabux yanğınlarını "Sasna Tsrer" terrorçusu törədibmiş...

Ermənistanda Zabux olayları ilə bağlı gərginlik davam edir. Bir sıra siyasətçilər və saytlar Azərbaycanın işğal zamanı tarixi torpaqlarında qanunsuz şəkildə məskunlaşdırılmış erməniləri buradan çıxarmasını hələ də qəbul edə bilmirlər.

 

Bu gün isə erməni politoloq Ayk Martirosyan yerli mediaya maraqlı açıqlama verib. O iddia edib ki, Zabuxdan sonuncu çıxan “Sasna Tsrer” terror təşkilatının üzvü Martiros Akopyan olub. Amma kənd rəhbəri çoxdan dabanına tüpürüb qaçıb.

 

“Akopyan Xankəndinin xəyanətkar "rəhbərliyi"nin və rus işğalçı qüvvələrinin onu azərbaycanlılara təhvil vermək cəhdlərinə baxmayaraq, evini yandırıb qaça bilib. Qarabağa keçən Akopyan son dərəcə təhlükəli şəraitdə əsir düşməkdən yayınıb və Zəngəzura gəlib.

 

Kəndin başçısı, silahla çəkdirdiyi foto və videoları ilə məşhurlaşan Suriya ermənisi Andranik Çavuşyan burada sona qədər qalacağını və Zabuxun saxlanması üçün mübarizə aparacağını cəsarətlə bəyan edirdi. İndi isə məlum olub ki, o və ailəsi kənddən çoxdan qaçıbmış. Kənd başçısı gedəndə heç evini də yandırmadı. Yəni düşmənə təslim oldu. Bu xain rejim getməlidir. Düşmən rus işğalçı qoşunları da getməlidir. Ermənistan azad edilməlidir”, - Politoloq deyib.

 

Azvision.az xatırladır ki, Azərbaycan İrəvana Laçın, Zabux və Susun boşaldılması üçün avqustun sonuna kimi vaxt verib. Bəzi ermənilər evlərinə toxunmasalar da Laçında, Zabuxda meşə və otlaqları, evləri yandıran vandallar da oldu. Bundan başqa, Ermənistandan gələn siyasətçilərdən biri Zabuxda qalıb silahlı müqavimət təşkil edəcəyini bəyan etmişdi. Sonda onun da artıq qorxaraq İrəvana qaçdığı məlum olub.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.