Gürcüstanın daxili işlər naziri Azərbaycana təşəkkür etdi – “BAKI-CEYHAN KƏMƏRİNƏ YANĞIN TƏHLÜKƏSİ YOXDUR”

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri ölkəsində davam edən meşə yanğınlarının söndürülməsi üçün xüsusi texnikanın göndərilməsi təklifinə görə Azərbaycana təşəkkür edib.

 

Accentnews.ge-nin məlumatına görə, bu barədə o, brifinqdə danışıb.

 

Nazirin sözlərinə görə, Borjomidə yanğınların yerlərini və yanğının yayılma sahəsini azaltmaq mümkün olub, ancaq lokallaşdırmanın vaxtı hava şəraitindən asılıdır.

 

“Mən Azərbaycan tərəfinə, dostlarımıza təşəkkür etmək istəyirəm. Bizdə də texnika var, amma mürəkkəb relyefə görə işlər dayandırılıb. Bura elə bir ərazidir ki, fiziki cəhətdən işləyə bilmirik. Helikopterlər səhərdən işləsələr də, küləkli havaya görə problemlər yaranıb. Yanğınsöndürən təyyarə böyük lüksdür və bu bizdə yoxdur. Türkiyə tərəfi bu işdə bizə kömək etdi, buna görə onlara minnətdarıq”, – deyə Vaxtanq Qomelauri bildirib.

 

Onun sözlərinə görə, Bakı-Ceyhan kəmərinə yanğın təhlükəsi yoxdur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.