Bakıdakı məşhur hoteldən rusiyalı biznesmenin şikayətinə reaksiya – “TƏƏSSÜF HİSSİ KEÇİRİR VƏ BİLDİRİRİK Kİ...”

Bir neçə gün əvvəl haqqin.az-a istinadən bildirmişdik ki, məşhur rusiyalı biznesmen Artyom Bikov Bakıda səfərdə olub.

 

O, Rusiya mətbuatına verdiyi müsahibəsində Bakını tərifləsə də, qaldığı “Baku Marriott Hotel Boulevard”ın onun səfər əhval-ruhiyyəsini korladığını bildirmişdi. 

 

“Hotel biabırçı idi. Personalın işini bəyənmədim. Onlar mənə iki hesab yazmağa cəhd etdilər. Bir hesabı ödədim. Birinci ləğv olunmamış, gəlib ikinci hesabı yazdılar. Mənim isə hesabları yoxlamaq adətim var. Bu, eyni yeməyi iki dəfə satmaq cəhdi idi. Ciddi müəssisə, beynəlxalq şəbəkədir. Mən tamamilə məyus oldum və narazı qaldım”, - deyə Bikov vurğulamışdı.

 

O, həmçinin əlavə etmişdi ki, hotelə qarşı şikayət hazırlayır.

 

Həmin xəbərlə bağlı senzor.az-ın redaksiyasına “Baku Marriott Hotel Boulevard”dan açıqlama daxil olub. Qurumun İctimaiyyətlə əlaqələr və marketinq kommunikasiya meneceri Səadət Quliyeva bildirir ki, Bikovun ödəniş zamanı üzləşdiyi xoşagəlməz halla əlaqədar təəssüf hissi keçirirlər və yaranan anlaşılmazlığı Bikovu görüşə dəvət edərək müzakirə etmək istəyirlər: “Bildirmək istərdik ki, qonaqlarımızın haqqımızdakı rəyləri, müştəri məmnuniyyətimizi yaxşılaşdırmağımız baxımından bizim üçün hər zaman dəyərlidir. Mövzu ilə bağlı apardığımız daxili araşdırmanın nəticəsini və yaranan anlaşılmazlığı cənab Bikovu şəxsi görüşə dəvət edərək müzakirə etmək istərdik.

 

Ümid edirik ki, baş verən hadisəyə baxmayaraq, cənab Bikovu, daha yaxşı xidmət təcrübəsi yaşada bilməyimiz üçün ən yaxın zamanda yenidən otelimizdə görmək fürsəti əldə edərik”.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.