Almaniya Rusiya ərazisinə zərbələr endirmək üçün Ukraynaya silah verməyəcək.
Lenta.ru bildirir ki, bunu Almaniya Kansleri Olaf Şolts deyib.
O qeyd edib ki, bu mövqe münaqişənin genişlənməsinə imkan verməmək məqsədi daşıyır.
Şolts ABŞ lideri Co Baydenin oxşar qərarını xatırladıb: “Düşünürəm ki, bu prinsipə hamı əməl etməlidir”.
O, həmçinin qeyd edib ki, Almaniya təkbaşına hərəkət etməyəcək və fəaliyyətini digər müttəfiqlərlə əlaqələndirəcək.
Onu da qeyd edək ki, Şolts bundan əvvəl Almaniyanın Ukrayna Ordusuna kifayət qədər silah tədarük etdiyini bildirmişdi.