Hikmət Hacıyev BMT rəhbərliyini də tənqid etdi
MÜNAQİŞƏDƏN SONRA REGİONA GƏLMƏDİKLƏRİNƏ GÖRƏ

Azərbaycan dünyada ən nadir, ən dəhşətli postmünaqişə şəraiti ilə üzləşib. Təəssüf ki, Azərbaycana münasibətdə BMT və onun alt institutları tərəfindən hər hansı genişmiqyaslı fəaliyyət yoxdur. BMT-nin ali rəhbərliyi tərəfindən münaqişə başa çatandan sonra regiona hələ də səfər edilməyib.

 

Senzor.az bildirir ki, bunları Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada jurnalistlərə açıqlamasında deyib.

 

H.Hacıyev bildirib ki, normalda 30 ildən çox davam edən, humanitar fəlakətlərə, faciələrə səbəb olmuş postmünaqişə şəraitində BMT-nin ali rəhbərliyi səviyyəsində regiona səfər həyata keçirilməsi, münaqişənin həll olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi faktları təqdir edilməli idi.

 

"Təəssüf ki, biz BMT rəhbərliyi tərəfindən, - necə ki, 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələri masa üzərində qaldı, - bu məsələdə də hər hansı bir ciddi fəaliyyət müşahidə etmirik", - Prezidentin köməkçisi vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.