Ukrayna ilə İsrail arasında gərginlik - ZELENSKİ LAPİDLƏ TELEFON DANIŞIĞINI LƏĞV ETDİ

Ukrayna Prezidenti Volodimir Zelenski İsrailin Baş naziri Yair Lapid ilə ötən çərşənbə, avqustun 24-də baş tutmalı olan telefon danışığını ləğv edib.

 

Senzor.az bildirir ki, bu barədə “Ynet” xəbər yayıb.

 

Nəşrin yazdığına görə, telefon söhbətinin ləğv edilməsinə səbəb Kiyevin “Krım Platforması”nın avqustun 23-də baş tutan virtual sammitində iştirakdan çəkinən İsrailin mövqeyindən narazılığıdır. 

Qeyd edək ki, Ukraynanın müstəqilliyinin 31-ci ildönümü ərəfəsində keçirilən virtual sammitdə 60 dövlətin nümayəndəsi, o cümlədən 40 prezident və baş nazir iştirak edib.

 

"Yair Lapid Ukrayna ilə bu həmrəylik  nümayişində iştirakdan imtina etdiyinə görə, Volodimir Zelenski İsrail Baş naziri ilə Ukrayna tərəfinin təşəbbüsü əsasında baş tutmalı olan telefon danışığını ləğv edib. Söhbətin mövzusu Roş Ha-Şana bayramından əvvəl Ravvin Naxmanın Umandakı məzarına hasidlərin kütləvi ziyarətinin qarşısının alınması olmalı idi", - nəşr yazır.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.