ABŞ da əhali arasında keçirislən sorğunun nəticələrinə əsasən, Respublikaçılar partiyasını dəstəkləyənlərin 59 faizi keçmiş prezident Donald Trampı 2024- cü ildə keçiriləcək prezident seçkilərində namizəd kimi görmək istəyir.
REAL TV-nin məlumatına görə, eyni zamanda, onların 82 faizi Trampın namizəd olacağı təqdirdə qalib gələcəyini düşündüklərini bildirib.
Respublikaçıların 90 faizi Trampın bir işi görmək üçün əlində olan bütün vasitələrdən istifadə edə biləcəyini düşündüklərini qeyd edib.
Sorğuda iştirak edən Demokratlar partiyası dəstəkçilərinin isə 44 faizi növbəti prezident seçkilərində namizəd kimi Co Baydeni görmək istədiyini deyib.
Onların 90 faizi Baydenin hökumət məsələlərində təcrübəli olduğu fikrində olsalar da, 56 faizi partiyada dəyişiklilərə ehtiyac olduğunu və Baydeni prezidentliyə namizəd kimi görmək istəmədiklərini söyləyib.
Qeyd edək ki, sorğu USA TODAY Və İpsos tərəfindən keçirilib.
Onlayn formada keçirilən sorğuda ümumilikdə 2345 nəfər iştirak edib.