Rusiya xüsusi xidmət orqanları jurnalist və politoloq Darya Duqinanın qətlində daha bir Ukrayna vətəndaşını təqsirləndirir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) D.Duqinanın qətində Natalya Vovk ilə bərabər daha bir Ukrayna vətəndaşının əli olduğunu açıqlayıb.
FTX-nın məlumatına görə, 1978-ci il təvəllüdlü Boqdan Tsıqanenko 2022-ci il iyulun 30-da Rusiyaya Estoniyadan keçərək gəlib və Darya Duqinanın qətli ərəfəsində ölkəni tərk edib.
Ehtimal olunur ki, Tsıqanenko Vovka saxta avtomobil nömrələri verib və əldəqayırma partlayıcı qurğunun hazırlanmasında ona kömək edib.
Xatırladaq ki, rusiyalı jurnalist Darya Duqina avqustun 20-də Moskva ətrafında öz şəxsi avtomobilində həlak olub. İlkin məlumata görə, onun avtomobilinə partlayıcı qurğu yerləşdirilib.