Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin “BAYKAR Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktarı mükafatlandırıb.
Senzor.az bildirir ki, bu barədə şirkətin İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.
Qeyd olunub ki, Zelenski Haluk Bayraktarı 1-ci dərəcəli “Xidmətlərinə görə” ordeni ilə təltif edib.
Ukrayna mətbuatı isə yazır ki, onunla yanaşı Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Avropa Parlamentinin Prezidenti Roberta Metsola, Polşanın milli müdafiə naziri Mariuş Blaşak, Latviyanın xarici işlər naziri Edqars Rinkevits də 1-ci dərəcəli “Xidmətlərinə görə” ordeni ilə təltif ediliblər.