ABŞ Azərbaycan və Ermənistana köhnə çağırışını təkrarladı – BRÜSSEL GÖRÜŞÜ ƏRƏFƏSİNDƏ

ABŞ hakimiyyəti Azərbaycan və Ermənistanı diplomatik əməkdaşlığı fəallaşdırmağa və hərtərəfli sülh sazişi əldə etməyə çağırır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Dövlət Departamenti mətbuat xidməti rəhbərinin birinci müavini Vedant Patel keçirdiyi brifinqdə deyib. 

 

Jurnalistlərdən biri ABŞ xarici siyasət departamentinin nümayəndəsindən Moskvada Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın iclasını, eləcə də Brüsseldə keçiriləcək Ermənistan və Azərbaycan liderləri arasında baş tutacaq danışıqları şərh etməyi xahiş edib.

 

Vedant Patel deyib: “Mənim heç bir yeni bəyanatım yoxdur. Mən yalnız əvvəl dediklərimizi deyə bilərəm: ABŞ Cənubi Qafqaz üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiqdir. Biz Ermənistan və Azərbaycanı diplomatik fəaliyyəti aktivləşdirməyə və hərtərəfli sülh sazişi əldə etməyə çağırırıq”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.