Oqtay Əsədov yenidən Federasiya prezidenti seçildi
"MİLLİYƏ LEGİONER CƏLB ETMƏK İSTƏMİRİK"

Bu gün Azərbaycan Tennis Federasiyasının (ATF) ümumi yığıncağı keçirilib.

 

Senzor.az bildirir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə iştirakçıları salamlayan nazir Fərid Qayıbov yığıncağın işinə uğurlar arzulayıb.

 

Federasiya prezidenti Oqtay Əsədov yığıncaqda çıxış edərək təşkilatın fəaliyyəti və qarşıdakı planlar barədə məlumat verib.

 

Sonra Azərbaycan Tennis Federasiyasının hesabatı dinlənilib, yeni seçki keçirilib. Oqtay Əsədov yenidən növbəti müddətə federasiyanın prezidenti seçilib.

 

Yığıncaqda, həmçinin Gülməmməd Cavadov federasiyanın vitse-prezidenti, Mehman Qocayev, Fərid Şirinov, Salam Əsgərəlizadə və Yalçın Manaflı İdarə Heyətinə üzv seçiliblər.

Oqtay Əsədov seçkidən sonra keçirilən mətbuat konfransında deyib ki, milli komandaya legioner cəlb etmək istəmirlər.

 

67 yaşlı funksioner həmin məqsəd üçün nəzərdə tutlan vəsaiti yerli idmançılara xərcləyəcəklərini bildirib: "Bir legioner var idi və gəlmək istəyirdi. amma maddi tələbi çox yüksək idi. Ona da gücümüz çatmazdı".

 

O.Əsədov tennisdə idmançı və məşqçi yetişdirməyin çox çətin olduğunu söyləyib: "Bu il 3 idmançımız beynəlxalq yarışlarda birinci yeri tutublar. Parlament sədri kimi də tennisə maraq göstərirdim. Həmin vaxt 6 il dalbadal WTA turniri keçirirdik. Çalışacağıq ki, indən sonra daha çox olsun".

ATF prezidenti bu il ilk dəfə ölkənin Devid Kubokuna ev sahibliyi etdiyini xatırladıb: "18-20 yaşında olan tennisçilərimiz var idi. Maliyyə və sponsor məsələləri də həll olunur. Bu idman növünün inkişafı üçün bazamız da mövcuddur. Amma bunun üçün yalnız turnilər lazımdır".

 

Federasiya rəhbəri regionlarda da tennisi canlandırmaq üçün gənclər yetişdirmək istədiklərini vurğulayıb: "Nazirlik bu yöndə təklif verib, biz də razılaşmışıq. Pandemiyayadək bizdə 220 uşaq var idi. İndi sə 90 uşaq qalıb. Uşaqlar inkişaf etdikdən sonra milli komanda üzvləri və gənclər də beynəlxalq turnirlərə göndərilir".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.