Ermənistanın paytaxtı İrəvanda müxalif Müqavimət hərəkatı Baş nazir Nikol Paşinyanın istefası tələbilə mitinq keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, mitinqdə müxalifət hərəkatının liderlərindən olan deputat İşxan Saqatelyan çıxış edib.
O bildirib ki, müxalifət parlament vasitəsilə Baş nazir Nikol Paşinyanın istefasına nail olmaq niyyətindədir, lakin bunun üçün geniş ictimai təzyiq lazımdır.
Onlar parlamentin üçdə bir hissəsinin (107 deputatdan 36-sı) köməyi ilə etimadsızlıq votutu irəli sürmək niyyətindədirlər. İki müxalifət partiyasının faktiki olaraq 35 imzası var. Amma Paşinyanın getməsinə nail olmaq üçün 50% + 1 səs (54 səs) lazımdır.
Müxalifət 36 səs toplayan kimi prosesə başlayacaq. Bu, 48 saatdan 72 saata qədər çəkəcək, lakin 24 saatlıq rejimdə on minlərlə insanın ictimai təzyiqini təmin etmək lazımdır.