Ramzan Kadırov 2006-cı ildən tutduğu Çeçenistan Respublikasının rəhbəri postunu tərk edərək Milli Qvardiyada rəhbər vəzifəyə keçə bilər.
Senzor.az bildirir ki, bu barədə “Meduza” məlumat yayıb.
Nəşr Prezident Administrasiyasına yaxın mənbəyə istinadən yazır ki, Kadırovun səlahiyyət müddəti yalnız 2026-cı ildə başa çatsa da, onun Rusiya Qvardiyasına keçməsi “müzakirə olunur”. Hazırda Milli Qvardiyanı Vladimir Zolotov idarə edir.
Qeyd edək ki, şənbə günü Çeçenistan rəhbəri istefasının mümkünlüyünə eyham vuraraq deyib: “Özüm də çox uzun müddət “oturduğumun” fərqinə varmışam. Hesab edirəm ki, təcili və uzun bir tətil haqqımdır”.
"Meduza" xatırladır ki, Kadırov bir neçə dəfə istefaya gedəcəyini bildirib və öz vəzifəsi ilə bağlı Rusiya rəhbərliyinin istənilən qərarı ilə razılaşacağını qeyd edib.
**19:58(03.09.2022)
Deyəsən, Ramzan Kadırov Çeçenistan Respublikasının başçısı postunu tərk etməyə hazırlaşır.
Senzor.az bildirir ki, hər halda onun paylaşdığı və “postda çox oturduğunu” etiraf etdiyi videodan belə qənaətə gəlmək olar.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Kadırov deyib: “Dostlar, bu gün bildim ki, mən Rusiya Federasiyası qurumlarının rəhbərləri arasında “uzun ömürlü”yəm.
Özüm də çox uzun müddət “oturduğum”un fərqinə varmışam. Hesab edirəm ki, təcili və uzun bir tətil haqqımdır. Ümid edirəm ki, məni dəstəkləyəcək və başa düşəcəksiniz”.