Britaniyanın daxili işlər naziri Priti Patel bazar ertəsi istefa verdiyini bəyan edib.
Bu barədə TASS məlumat yayıb.
“Mən Liz Trassı yeni liderimiz seçilməsi münasibətilə təbrik edirəm, onu Baş nazir vəzifəsində dəstəkləyəcəm. Mən Liz rəsmi olaraq vəzifəyə başladıqdan və yeni daxili işlər naziri təyin etdikdən sonra ölkəmə və Uithem seçki dairəsinə deputat kimi xidmət etməyə davam edəcəyəm”, - deyə Patel istefa verən Baş nazir Boris Consona ünvanladığı məktubda yazıb.
Qeyd edək ki, DİN rəhbəri Liz Trassın başçılıq etdiyi yeni hökumətin qurulmasında iştirak etmək istəmədiyi üçün vəzifəsini tərk edib.