Rusiya üçün “B planı”... NÜVƏ SİLAHINDAN İSTİFADƏ?
ŞƏRH

Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun Vladivostokdakı plenar iclasında   Ukraynadakı müharibədən danışıb. Ölkə başçısı deyib ki, Rusiya hələ hərbi əməliyyatda nəyəsə başlamayıb: “Ukraynada xüsusi hərbi əməliyyata başlamaqla heç nə itirməmişik və heç nə itirməyəcəyik. Əsas qazancımız suverenliyimizin möhkəmlənməsidir. Bəli, müəyyən qütbləşmə var, amma mən inanıram ki, həm dünyada, həm də ölkə daxilində bu, yalnız faydalıdır. Lazımsız, zərərli və irəli getməyimizə mane olan hər şey rədd ediləcək, biz sürət, inkişaf tempi yığmağa başlayacağıq, çünki müasir inkişaf yalnız suverenliyə əsaslana bilər. Bu istiqamətdə atdığımız bütün addımlar suverenliyin möhkəmləndirilməsinə yönəlib”. 

 

O, həmçinin əlavə edib ki, Rusiya hərbi əməliyyatları başa çatdırmağa çalışır. 

 

Bundan əvvəl də Rusiyanın müxtəlif rəsmiləri, o cümlədən xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu belə bəyanatlar veriblər. Elə Putin özü də oxşar açıqlamalarla çıxış edib. Analoji fikirlərin səsləndirilməsini normal hesab etmək olar. Bu, ən azından daxili auditoriya üçün lazımdır. Amma reallıq fərqlidir: altı ay ərzində Rusiya Ukraynanın müəyyən ərazilərini işğal etsə də, “bataqlığa” düşüb. Kreml artıq sivil dünyadan təcrid olunur. Ölkə iqtisadiyyatı getdikcə zəifləyir. Əlbəttə, Moskva üçün bu durum arzuolunan deyil. Deməli, müqavimət göstərir. Əks halda döyüşlərin dayandırılması barədə bəyanat verilər, konstruktiv mövqe nümayiş etdirilərdi. Lakin hələ bir neçə gün əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləmişdi ki, Putinlə uktaynalı həmkarı Volodimir Zelenskinin görüşü hələlik müzakirə olunmur. Deməli, Putin müharibəni davam etdirməkdə israrlıdır. 

 

Ötən yarım il ərzində Rusiyanın əlindən gələni etdiyini demək olar. Kreml bütün potensialı ilə mübarizə aparmaq istəməsə idi, onda danışıqlara hazır olardı. İkinci isə Qərbin Ukraynaya dəstəkləri fonunda Moskva bütün imkanlarını səfərbər etməyə məhkumdur. 

 

Rusiyanın hələlik istifadə etmədiyi əsas “kart” nüvə silahıdır. Bu, Kreml üçün “kozır” hesab oluna bilər. Savaş daha çox davam edəcəyi təqdirdə Moskvanın nüvə silahından istifadə edə biləcəyi istisna deyil. Lakin bu, ən son anda baş tutacaq. Yaxın gələcək üçün Moskvanın “kozır”ını “masaya qoyacağı” real görünmür. Çünki bu, bütün planet üçün fəlakət və yeni reallıq deməkdir. Elə Rusiyanın özü üçün də. Moskva buna hazırdımı? Yəqin, indiki halda yox. 

 

Putin, həmçinin müharibədə nə isə itirmədiklərini söyləyib. Ukrayna Baş Qərargahının verdiyi məlumata görə, savaşın ilk günündən bəri Rusiya 5 mindən çox döyüşçü itirib. Habelə 2 097 tank, 4 520 zirehli döyüş maşını, 1 194 artilleriya sistemi, 300 reaktiv yaylım atəşi sistemi, 156 hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb. ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu, Britaniya kəşfiyyatı da Rusiyanın uğursuzluqları ilə bağlı məlumat yayırlar. Eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində bir sıra yaşayış məntəqələrini işğaldan azad etməsi faktı da Rusiyanın işinin heç də asan olmadığını göstərir. 

 

Diqqət çəkən başqa bir məqam Putinin hərbi əməliyyatları başa çatdırmağa çalışacaqları ilə bağlı səsləndirdiyi fikirdir. Bu, savaşın davam edəcəyinə işarədir. Görünür, Kreml rəhbərliyi anlayır ki, hələ Ukraynada ciddi nəticə əldə olunmayıb. 

 

Rusiyanın “sağ göstərib, sol vurmaq” imkanı, demək olar, yoxdur. Nə varsa, ortadadır. Doğrudur, vaxt Rusiyanın xeyrinə işləyir. Çünki havalar soyuduqca Qərbin işi çətinləşəcək. Qərb ölkələrinin əlavə qaz tədarükçüsünə ehtiyacı olacaq. İndi ən çox lazım olan ABŞ və müttəfiqlərinin bu qış tab gətirməsidir. Qərb bunu bacarsa, proseslər Ukraynanın xeyrinə başa çata bilər. 

 

Kənan Novruzov, 

siyasi ekspert






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.