ABŞ Ermənistandakı vətəndaşlarına növbəti dəfə xəbərdarlıq etdi

Amerika Birləşmiş Ştatları Ermənistandakı vətəndaşlarını diqqətli olmağa çağırıb. 

 

Senzor.az bildirir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb.

 

“Rusiya aviadaşıyıcıları Ermənistanda fəaliyyətini davam etdirir. ABŞ səfirliyi ABŞ vətəndaşlarını məlumatlandırır ki, Federal Mülki Aviasiya Administrasiyası (FAA) Rusiya Mülki Aviasiya Administrasiyasının Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) aviadaşıyıcıların monitorinqi üzrə təhlükəsizlik standartlarına cavab verməməsi səbəbindən Moskvanın aviasiya təhlükəsizliyi reytinqini aşağı salıb", - səfirliyin məlumatında deyilir.

 

Həmçinin qeyd edilir ki, bu FAA-nın uçuş təhlükəsizliyi reytinqi Ermənistanın aviadaşıyıcılarına məxsus və ya istismar edilən təyyarələrə şamil edilmir.

 

“Bunu nəzərə alaraq, diplomatik missiya ABŞ vətəndaşlarını Rusiya aviadaşıyıcılarının səlahiyyətlərinə aid olmayan səyahət variantlarını nəzərdən keçirməyə, faa.gov saytındakı yenilikləri izləməyə çağırır”, - məlumatda qeyd edilib.

 

Xatırladaq ki, ABŞ səfirliyi bir ay öncə də Ermənistanda yaşayan vətəndaşlarına terror təhlükəsiz barədə xəbərdarlıq etmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.