Britaniyanın Baş naziri: "Bu gün böyük itki günüdür" - 10 GÜN MATƏM OLACAQ

Böyük Britaniyanın Baş naziri Liz Trass Kraliçanın ölümü ilə bağlı açıqlama verib.

 

Senzor.az bildirir ki, o, bunun millət və dünya üçün böyük şok olduğunu deyib və dərindən kədərləndiyini bildirib.

 

Baş nazir Kraliçanı müasir Britaniyanın üzərindəki qaya və Böyük Britaniyanın ruhu kimi təsvir edib.

 

O, cəmi iki gün əvvəl Baş nazir kimi and içmək üçün Kraliça ilə Balmoral qəsrində görüşdüyünü, monarxın onun üçün şəxsi ilham olduğunu söyləyib.

 

Baş nazir bildirib ki, Kraliçanın vəzifəyə sadiqliyi hamı üçün nümunədir və bu gün böyük itki günüdür.

 

O, həmçinin bildirib ki, Kral Çarlzı dəstəkləmək və sadiqliyimizi və sədaqətimizi təqdim etmək üçün bir araya gəlmək lazımdır.

 

Yeri gəlmişkən, bu arada "Sun" nəşri Kraliça II Elizabetin vəfatı ilə bağlı matəmin 10 gün davam edəcəyi barədə məlumat yayıb. Dəfn mərasimi onun ölümünün 10-cu günündə keçiriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.