BMT-nin İnsan Hüquqları üzrə yeni Ali Komissarı Türk oldu

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası avstriyalı diplomat Folker Türkü BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı vəzifəsinə təsdiqləyib.

 

F.Türkün bu vəzifəyə namizədliyini BMT-nin Baş katibi Antonio Quterreş irəli sürüb. O, avqustun 31-də səlahiyyət müddəti başa çatmış Ali Komissar Mişel Baçeleti əvəzləyəcək.

 

Avstriya Xarici İşlər Nazirliyinin diplomatın təyinatı ilə bağlı açıqlamasında Ali Komissarın fəaliyyətinə dəstək göstəriləcəyi və onunla sıx əməkdaşlıq ediləcəyi qeyd olunub.

 

Qeyd edək ki, 57 yaşlı F.Türk karyerası boyunca müxtəlif BMT təsisatlarında çalışıb. O, 2015-ci ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müavini təyin edilib və bununla da BMT sistemində ən yüksək çinli avstriyalı diplomat olub. F.Türk 2019-cu ildən BMT-nin Katibliyində baş katibin strateji koordinasiya və siyasi məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.