Polşanın Baş naziri Almaniyanın Ukrayna siyasətini sərt tənqid etdi

Polşanın Baş naziri Mateuş Moravetski Almaniya hökumətinin Ukrayna və enerji ilə bağlı siyasətini kəskin tənqid edərək, bunun Avropaya çox böyük ziyan vurduğunu deyib.

 

O bu barədə “Der Spiegel” jurnalına müsahibəsində bildirib.

 

“Berlinin həmişə öyündüyü Almaniyanın enerji siyasətinin bərbad olduğu aydınlaşır. Kömür və nüvə enerjisinin mərhələli şəkildə dayandırılması vaxtından əvvəl idi və bizə “Şimal axını” və “Şimal axını - 2”nin tikintisi və bununla bağlı Rusiyadan asılılıq barədə danışmağa belə ehtiyac yoxdur. Almaniya siyasəti Avropaya böyük ziyan vurdu”, - deyə o bildirib.

 

Polşanın Baş naziri Almaniya hakimiyyətinin Ukraynadakı vəziyyətlə bağlı mövqeyini də tənqid edib: “Almanların, xüsusən də müharibənin ilk aylarında tutduğu mövqe çox məyusedici idi. Biz əminik ki, Ukrayna təkcə öz yaşaması üçün deyil, həm də Avropanın azadlığı üçün mübarizə aparır. Almaniyanın enerji siyasətindəki səhvlərini belə gec etiraf etməsi Polşa tərəfini məyus edib. Rusiya boru kəmərlərindən silah kimi istifadə edir və Almaniya həmişə Moskvaya qarşı çox yumşaq davranıb, Rusiyaya boyun əyir”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.