Bakı Tikiş Evinin (BTE) qarşısında məktəbli forması ilə bağlı hələ də izdiham yaşanır. Valideynlər forma tapmaqda çətinlik yaşadıqlarını deyirlər.
Baku TV-nin əməkdaşı məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən münasibət öyrənib.
Nazirliyin mətbuat katibi Cəsarət Valehov bildirib ki, məktəbli formaları ilə bağlı Təhsil Nazirliyi hər hansı şirkətlə əməkdaşlıq etmir, sifariş həyata keçirmir, bu işlə özəl müəssisələr məşğul olurlar.
“Məktəbli forması olmadan tədrisin ilk günü məktəbə getmək olmaz deyə məcburiyyət yoxdur. Valideynlər formanı sonra da ala bilərlər”, - deyə C.Valehov əlavə edib.