Əvvəl olduğu kimi, haqlı mübarizəsində indi də Azərbaycanlı qardaşlarımızın yanında olacağıq.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Tvitter”dəki paylaşımında yazıb.
"Dostumuz, qardaşımız, ayrılmaz parçamız olan Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü təbrik edirəm. Biz əvvəlki kimi bundan sonra da azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində yanında olacağıq", - paylaşımda deyilir.