Ərdoğan Səmərqənddə Putinlə görüşəcək
RUSİYA TAXILI DA DÜNYA BAZARINA ÇIXA BİLƏR

Bu gün Özbəkistanın Səmərqənd şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş olacaq. Liderlər Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti çərçivəsində bir araya gələcəklər. Verilən məlumata görə, onlar Ukrayna, Cənubi Qafqaz, Suriyadakı durumu müzakirə edəcəklər. Dövlət başçılarının Ukraynadakı durumla bağlı Soçidə əldə olunmuş razılıqlar barədə fikir mübadiləsi aparacaqları bildirilib. Rusiyadan taxıl daşınması barədə danışılacağı da gözlənilir. 

 

Prezidentlərin Ermənistan - Azərbaycan sərhədində son günlər yaşanan gərginliyi  müzakirə edəcəkləri də şübhəsizdir. Yəqin ki, Ərdoğan Azərbaycanın Türkiyənin "qırmızı xətti" olduğunu həmkarına xatırladacaq. Bakı ilə İrəvan arasında yekun sülh müqaviləsinin imzalanması barədə fikir mübadiləsi də aparıla bilər. Doğrudur, Kreml Cənubi Qafqazdakı konfliktin dondurulmasında və ehtimal edilən müqavilənin öz moderatorluğu ilə imzalanmasında maraqlıdır. Amma Moskva Ankaranın maraqlarını nəzərə almağa məcburdur. 

 

Türkiyə Ukraynada davam edən müharibədə balanslı siyasət yeridən nadir dövlətlərdəndir. Həmçinin Ankara NATO daxilindəki əksər dövlətdən fərqli olaraq Moskvaya qarşı sanksiyalara qoşulmayıb. Ərdoğan son çıxışlarında Putini müdafiə edib, ona haqq qazandırıb. Əlbəttə, Rusiya Prezidenti bu jestləri qiymətləndirməlidir və qiymətləndirəcək.

Bugünkü görüşdə, həmçinin Rusiyadan dünya bazarına taxıl ixracına dair fikir mübadiləsi də aparılacaq. Ərdoğanın görüşdən sonra ukraynalı həmkarı Vladimir Zelenski ilə danışacağı istisna deyil. Görüş nəticəsində Rusiyadan taxıl daşınması barədə razılıq əldə olunması mümkündür. 

 

Beləliklə, görüşün məhsuldar keçəcəyinə və mövcud reallıqlara konstruktiv təsir edəcəyinə inanmaq olar.

 

Kənan Novruzov, 

siyasi ekspert






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.