Əhməd Obalını öz oğlu döyüb? – AMERİKA POLİSİNDƏN SENSASİON AÇIQLAMA
FOTO

“Artıq xəbər verildiyi kimi, bir müddət əvvəl Kaliforniyada Cənubi Azərbaycandan olan tanınmış fəal Əhməd Obalı hücuma məruz qalıb. Bu hadisə ilə bağlı sensasion məlumatlar yayılıb. İlkin versiyada hücumun arxasında İran kəşfiyyat orqanlarının ola biləcəyi bildirilsə də, “The New York Sun” nəşri polisdəki mənbələrinə istinadən Obalının öz oğlu tərəfindən döyüldüyünü yazıb. Lakin fəalın ailəsi bu versiyanı təkzib edir”.

 

Senzor.az bildirir ki, bu cümlələr haqqin.az saytının şərhçisi İlkin Şəfiyevin "Amerika polisindən sensasion açıqlama: Əhməd Obalını öz oğlu döyüb?" 

adlı yazısından götürülüb. 

 

Yazıda xatırladılır ki, etnik azərbaycanlı olan Əhməd Obalı İranda doğulub, lakin 1979-cu il İslam İnqilabından sonra ölkəni tərk edib. 1985-ci ildə San Dieqoda məskunlaşıb və sonra Çikaqoya köçərək oradakı İllinoys Universitetində bakalavr dərəcəsi alıb. Elə orada da özünün hazırda Günaz.TV saytında yayımlanan telekanalını yaradıb. 

 

“Bu yaxınlarda baş verən hadisə nəticəsində Əhməd Obalı ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun artıq əməliyyat olunduğu məlum olub. Fəalın oğlu Dəniz də ağır yaralanıb. Buna baxmayaraq, “The New York Sun”a görə, bu hadisəyə görə məhz sonuncu məsuldur. Eyni zamanda, Amerika nəşri qeyd edir ki, onun əldə etdiyi əyani sübut polisin hələ də irəli sürdüyü versiya ilə ziddiyyət təşkil edir.

 

Əldə olan məlumata görə, hadisə Kaliforniya Universitetinin hüquq fakültəsini bitirmiş Əhməd Obalının oğlunun məzun gecəsində baş verib. İşi aparan müstəntiqlər iddia edirlər ki, hadisə heç də siyasi motivli deyil, ailədaxili mübahisənin nəticəsidir. San Xose Şəhər Polis İdarəsinin yaydığı press-relizdə deyilir ki, “zərərçəkmiş oğlunu şübhəli şəxs kimi tanıyıb”. Press-relizdə həmçinin iddia edilir ki, polis əməliyyatçıları və patrul əməkdaşları “şübhəli Dəniz  Obalının tutulması üçün order alıblar”. Bu orderə əsasən, polis “şübhəlini Kempbelldəki evində tapıb və onu müqavimətlə üzləşmədən nəzarətə götürüb. Şübhəli adam öldürməyə cəhd ittihamı ilə Santa Clara County Baş Həbsxanasına yerləşdirilib”, - deyə yazıda qeyd olunur.

 

Vurğulanır ki, bu polis hesabatı ailənin bəzi dostlarını təəccübləndirib, çünki onlar əvvəlcə işin siyasi motivli olduğunu güman edirdilər. İndi onlar çaş-baş qalıblar, bəziləri isə polisin irəli sürdüyü versiyanı hiddətlə rədd edirlər. 

Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova Günaz.TV kanalının saytına verdiyi açıqlamada “fəal Əhməd Obalının oğlu Dənizin vəziyyəti atasınınkından da pisdir” deyib.

 

“The New York Sun” tərəfindən çəkilmiş fotoda Əhməd Obalı xəstəxana çarpayısında tənəffüs aparatına və digər həyati dəstək cihazlarına qoşulmuş vəziyyətdə görünür. Üzü qançırlarla örtülüb, gözləri bağlıdır. Başqa bir fotoşəkildə xəstəxana çarpayısında olan Dənizin də gözləri bağlıdır. O, həqiqətən də atasından daha pis görünür.

 

Dostları Əhməd Obalını ailəsinə dərindən bağlı qayğıkeş ata kimi xarakterizə edirlər. Hadisənin ata-oğul münaqişəsi nəticəsində baş verməsi xəbəri onlara inandırıcı  görünmür. Əhməd Obalının yaxın adamları da polisin yaydığı məlumatlara şübhə ilə yanaşır və əminliklə bu hücumun arxasında İran rejiminin dayandığını bildirirlər.

 

“Biz hamımız inanırıq ki, bu, İran hökumətinin işidir; onun agentləri Obalının izinə düşmüşdülər. O həmişə belə bir şey gözləyirdi, çünki o, İran kəşfiyyatının canlı hədəfi idi”, – Obalının çoxdankı dostu olan Şapur Ənsari “The New York Sun”a deyib. O, həmçinin əlavə edib ki, hücumla bağlı ortada olan detallar onun əvvəlcədən planlaşdırıldığı və peşəkar şəkildə həyata keçirildiyi təəssüratını yaradır. 

 

Beynəlxalq siyasət sahəsində Yaxın Şərq üzrə tanınmış amerikalı ekspert  Maykl Duran isə deyib: "Cəsarətli və xeyirxah bir insan olan Əhməd Obalı, daha pis vəziyyətdə olan oğlu ilə İran rejiminə qarşı işləyən quldurlar tərəfindən hücuma məruz qaldıqdan sonra Kaliforniya Xəstəxanasında həyat uğrunda mübarizə aparır".

 

Ailə üzvlərindən biri -  Araz Obalının açıqlamasında deyilir ki, Əhməd Obalının və oğlunun vəziyyəti hazırda stabildir, onların həyatına heç bir təhlükə yoxdur. Lakin Əhməd Obalı hələ də nəfəs almaqda çətinlik çəkir və xüsusi aparata ehtiyacı var. 

 

Araz Obalının sözlərinə görə, “xəstəxananın xaricində və daxilində polis mühafizəsi gücləndirilib”.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.