Ədalət və İnkişaf Partiyasının sədri və dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın tərəfdarları hazırki seçki nəticələrini qeyd edirlər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onlar mərkəzi küçələrdə yürüşə çıxaraq qələbə sevincini yaşayırlar.
Tərəfdaşlar qalib şüarlarla hazırda Prezident Kompleksinə doğru addımlayırlar.
Xatırladaq ki, Türkiyədə seçki qutularının 97,12%-i açılıb. Son məlumata görə, Rəcəb Tayyib Ərdoğan: 52,21% səslə irəlidədir.