Ermənistanın baş naziri Nikol Paşinyan da Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbəsi münasibəti ilə təbrik edib.
Senzor.az bildirir ki, bu barədə Paşinyan “Tvitter”də yazıb.
O, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşacağına ümid etdiyini bildirib: “Ölkələrimiz arasında münasibətlərin tam normallaşması istiqamətində birgə işi davam etdirməyi səbirsizliklə gözləyirik”.